Xalq artisti Vaqif Əliyev vəfat edib

Xalq artisti Vaqif Əliyev vəfat edib Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış teatr aktyoru, Xalq artisti Vaqif Məzahir oğlu Əliyev 13 avqust 2021-ci il tarixində 81 yaşında vəfat edib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Vaqif Əliyev 1940-cı ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Dram Teatrında başlayan aktyor fəaliyyətini Sumqayıt Dövlət Dram Teatrında, daha sonra Bakı Bələdiyyə Teatrında davam etdirib.
Vaqif Əliyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 1990-cı ildə "Əməkdar artist", 2002-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.
Sevilən aktyor Vaqif Əliyevin əziz xatirəsi doğmalarının, sənət dostları və tamaşaçıların qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!

Tehsil-press.az


Oxşar xəbərlər