Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun maaşı açıqlanıb

Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun maaşı açıqlanıb Azərbaycan Respublikası Baş nazirinin müşaviri vəzifəndə çalışanların əmək haqqı müəyyən edilib.

Bu barədə Prezident İlham Əliyev “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Sərəncama dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana görə, bir sıra yüksək vəzifəli şəxslərin – o cümlədən Milli Məclis sədrinin müşaviri, sədrin köməkçisi, Baş nazirin köməkçisi və Baş nazirin müşavirinin aylıq vəzifə maaşı 2 425 manat olaraq müəyyən edilib. Buna qədər 2 410 manat idi.

Qeyd edək ki, hazırda Azərbaycan Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmov da Baş nazirinin müşaviri vəzifəsindədir.

O, 13 yanvar 1995 – 12 aprel 2022-ci illər tarixləri arasında Azərbaycan Respublikası Mərkəzi Bankının sədri olub.

Tehsil-press.az


Oxşar xəbərlər