Bu qurumda işləyənlərin maaşları artırıldı

Bu qurumda işləyənlərin maaşları artırıldı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib. “Qafqazinfo” xəbər verir ki, qərarın 1 nömrəli əlavəsində - “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda 2 “193”, “180”, “170” və “165” rəqəmləri müvafiq olaraq “210”, “195”, “185” və “180” rəqəmləri ilə əvəz edilib.
Həmin qərarın 2 nömrəli əlavə - “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “187”, “176” və “165” rəqəmləri müvafiq olaraq “210”, “195” və “180” rəqəmləri ilə əvəz edilib.
Həmin qərarın 5 nömrəli əlavəsində - “Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “180”, “170” və “165” rəqəmləri müvafiq olaraq “210”, “195” və “180” rəqəmləri ilə əvəz edilib.
Həmin qərara 6 nömrəli əlavə - “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi” üzrə: 1.4.1. adında “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Dövlət Turizm Agentliyinin” sözləri ilə əvəz edilib.
“Aylıq vəzifə maaşı (manatla)” sütununda “165” rəqəmi “180” rəqəmi ilə əvəz edilib.
Həmin qərara 7 nömrəli əlavə - “İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “209” və “165” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilib.
Qərara 8 nömrəli əlavə - “Azərbaycan Respublikasının dövlət arxivlərinin və onların filiallarının, rayon (şəhər) dövlət arxivlərinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “209” və “165” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilib.
Həmin qərara 9 nömrəli əlavə - “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Aqrar Elm Mərkəzinin Aparatı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə ElmiMetodiki Mərkəzi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə 3 Elmi Tədqiqat və Tədris Mərkəzi işçilərinin aylıq vəzifə maaşlarının sxemi” üzrə: 1.7.1. adında “Azərbaycan Aqrar Elm” sözləri “Aqrar Elm və İnnovasiya” sözləri ilə əvəz edilib.
“Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə ElmiMetodiki Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi” sözləri çıxarılıb.
1.7.2. “Aylıq vəzifə maaşı (manatla)” sütununda “204”, “182” və “165” rəqəmləri müvafiq olaraq “210”, “195” və “180” rəqəmləri ilə əvəz edilib.
Həmin qərara 10 nömrəli əlavə - “Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “170” və “165” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilib.
Həmin qərara 11 nömrəli əlavə - “Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondunun işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “209” və “165” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilib.
Həmin qərara 12 nömrəli əlavə - “Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “193” və “176” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilib.
Həmin qərara 15 nömrəli əlavə - “Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “204” və “171” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilib.
Həmin qərara 16 nömrəli əlavə - “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının 4 sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “204” rəqəmi “210” rəqəmi ilə əvəz edilib.
Həmin qərara 18 nömrəli əlavə - “Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “187”, “171” və “165” rəqəmləri müvafiq olaraq “210”, “195” və “180” rəqəmləri ilə əvəz edilib.
Qeyd edək ki, bu Qərar 2019-cu il martın 1-dən qüvvəyə minir.

Günel Türksoy

Oxşar xəbərlər