
Bu barədə yerli “BusinessPressNews” nəşri yazıb.
Bildirilib ki, müsadirə haqqında əmri iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili imzalayıb.
Müsadirəyə səbəb dövlət ehtiyacları üçün zəruri olan avtomobil yolu layihəsinin həyata keçirilməsidir. Dövlət torpaq sahələrinin vətəndaşlardan alınması ilə bağlı razılığa gələ bilməyib.
Əmlakların sahibləri soydaşlarımızdır. Torpaq sahələrinin 11 590 kvadrat metri Axlılələ kəndinin sakini Vaqif Bayramova, 247 kvadrat metri Kürtlər kənd sakini Xalidə Qurbanovaya, 170 kvadrat metri isə Sadaxlı kənd sakinləri Adilxan İskəndərova, Dürdanə İskəndoravaya, Salatın İskəndərovaya, Tural İskəndərovaya və Turanə İskəndərovaya məxsusdur.
Əmrə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ekspropriasiyası Gürcüstanın Avtomobil Yolları Departamentinə həvalə olunub.
Tehsil-press.az