Bu barədə regional hökumət məlumat yayıb.
“Buryatiyanın nəqliyyat naziri korrupsiya ittihamı ilə saxlanılıb”, - hökumət qısa şərh edib.
Respublika hökumətinin sədr müavini Vyaçeslav Suxorukov qeyd edib ki, bu həbs gözlənilən idi.
Qoqe Buryatregionavtodorun fəaliyyəti ilə bağlı böyük korrupsiya işində sonuncu müttəhim olub. Bu ilin fevralında təşkilatın rəhbəri Vladimir Sosnin saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Aleksandr Qoq dörd il əvvəl respublikanın Nəqliyyat Nazirliyinə rəhbərlik edib. O, rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Tehsil-press.az