İmamoğlu işində şok: CHP-nin iki millət vəkili istintaqa cəlb edildi

İmamoğlu işində şok: CHP-nin iki millət vəkili istintaqa cəlb edildi Əkrəm İmamoğlunun həbs olunduğu İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı korrupsiya istintaqı getdikcə genişlənir. CHP millət vəkilləri Özgür Karabat və Turan Daşqın Özər də istintaqa cəlb edilib.

Bu barədə Türkiyə mediası yazıb.

Bildirilir ki, Karabat və Özərin dosyeləri ayrılaraq Ankara Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, korrupsiya və terror təşkilatı ilə əlaqədə ittiham edilən Ə.İmamoğlu 19 martda saxlanılıb. 23 martda sülh cəza məhkəməsi korrupsiya ittihamı ilə İmamoğlu barəsində həbs qərarı seçib, terror təşkilatı ilə əlaqə ittihamına görə həbs tələbindən isə imtina edib.

Tehsil-press.az

Oxşar xəbərlər