HƏMAS-ın Qəzza zolağında nə qədər döyüşçüsü var?

HƏMAS-ın Qəzza zolağında nə qədər döyüşçüsü var? HƏMAS Qəzza zolağında 35 min döyüşçünün olduğunu açıqlayıb.
Bu barədə HƏMAS üzvü “LBCI” kanalına müsahibəsində deyib.
“İordan çayının qərb sahilində də döyüşçülərimiz var. Biz İsrail ordusu ilə döyüşmək istəyirik”, - deyə o bildirib.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Tehsil-press.az



Oxşar xəbərlər