İŞİD Avropa çempionatında terrora hazırlaşır

İŞİD Avropa çempionatında terrora hazırlaşır İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasının yaraqlıları Fransada keçiriləcək futbol üzrə Avropa çempionatı zamanı silsilə terror törətməyə hazırlaşır.

Tehsil-press.az bildirir ki, bunu Fransa daxili kəşfiyyatının rəhbəri Patrik Kalvar bəyan edib. "Biz bilirik ki, İŞİD yeni hücumlar hazırlayır, Fransa əsas hədəfləri arasındadır", - o deyib. Onun sözlərinə görə, yaraqlılar taktikanı dəyişmək niyyətindədir: onlar yenidən adamların çox yığışdıqları yerlərdə partlayışlar törətməyə hazırlaşırlar, məqsədləri cəmiyyətdə vahimə atmosferi yaratmaq niyyətindədirlər. Avropa çempionatı iyun ayının 10-da başlayacaq və bir ay davam edəcək.
Fransanın 10 stadionunda keçiriləcək oyunlara 2,5 milyon azarkeşin gələcəyi gözlənilir. Xatırladaq ki, 2015-ci il noyabrın 13-də Parisdə silsilə terror aktları törədilib. Nəticədə 130 nəfər həlak olub, 350-dən çox adam yaralanıb.

Tehsil-press.az

Oxşar xəbərlər