Azərbaycandan İŞİD-ə 122 muzdlu qoşulub - HESABAT

Azərbaycandan İŞİD-ə 122 muzdlu qoşulub - HESABAT Iraq-şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına 70 millətin nümayəndəsi qoşulub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, İŞİD-dən qaçan bir nəfər NBC teleşirkətinə yaraqlılarla bağlı 11000 fərdi faylları təqdim edib.

Teleşirkət isə 4600 sənədi Terrorla mübarizə mərkəzinə verib. Həmin mərkəzin hazırladığı sənədə görə, muzdluların yaş həddi 12-dən 70-ə, orta yaş həddi isə 26-27-dir. İŞİD-ə ən çox Səudiyyə Ərəbistanından (579 nəfər), Rusiyadan (141 nəfər) muzdlu qoşulub. Həmin sənədə görə, Azərbaycandan İŞİD-ə qoşulan muzdluların sayı 122, Türkiyədən qoşulanların sayı isə 243 nəfərdir.
Siyahıda 7 Avropa ölkəsi də var. terror qruplaşmasına Kanadadan 7 muzdlu qoşulub. Siyahıda ABŞ-ın adı çəkilmir. Sənəddəki digər məlumata görə, muzdluların 30 faizi evlidir, onların çoxunun təhsili var. 1371 nəfər muzdlu deyib ki, məktəbi bitirib, 1028 nəfər universitetdə oxuduğunu bildirib.  

tehsil-press.az

Oxşar xəbərlər