Xalq artisti təcili xəstəxanaya yerləşdirildi

Xalq artisti təcili xəstəxanaya yerləşdirildi Rusiyanın Xalq artisti Filipp Kirkorov konsert zamanı aldığı yanıq nəticəsində yaranan fəsadlar səbəbindən Moskvada xəstəxanaya yerləşdirilib.

Bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

O, özəl klinikanın təcili cərrahiyyə şöbəsindədir.

Plastik cərrah Timur Xaydarovun verdiyi məlumata görə, yanıqların sağalma prosesi ləngiyib, şəkər xəstəliyinə görə əllərinin birində fəsadlar yaranıb. İndi həkimlər müğənninin sağlamlığı üçün mübarizə aparır. Popun kralının “implantlarının partlaması” xəbəri saxtadır.

Kirkorovun nümayəndələri aktyorun həkimlərin müşahidəsi altında olduğunu təsdiqləsələr də, onun palatada olub-olmadığını deməkdən imtina ediblər.

Qeyd edək ki, hadisə aprelin 25-də Sankt-Peterburqun "Oktyabrski" konsert zalında baş verib.

Tehsil-press.az

Oxşar xəbərlər