
Aktrisa qeyd edib ki, məşhur aktyor özəl klinikalardan birinə aparılıb, vəziyyəti ağırdır. Daha sonra canlı efirdə R. Əzizbəyli ilə əlaqə saxlanılıb. O, danışmaqda çətinlik çəkib: "Yaxşıyam, klinikadayam. Qızımla danışa bilərsiz? Telefonu ona ötürürəm".
Qızı isə açıqlamasında aktyorun insultdan əziyyət çəkdiyini söyləyib: "Barmağında qanqrena başlayıb. Damarlarında da tıxanma var. Xəstəxanaya gətirmişik".
Xatırladaq ki, xalq artisti beynin işemik insultu xəstəliyindən əziyyət çəkir.
Tehsil-press.az