
Audit ümumilikdə 9 fərqli kateqoriya üzrə aparılıb. ADNSU bu kateqoriyalardan 7 istiqamət – tədris, akademik inkişaf, təchizat, beynəlxalq əlaqələr, məşğulluq, ətraf mühitə təsir və idarəetmə sahələri üzrə maksimal nəticə göstərərək 5 ulduz alıb.
Universitet innovasiya və bilik mübadiləsi kateqoriyalarında 4 ulduz, mühəndislik (kimya) sahəsində isə 3 ulduzla qiymətləndirilib.
Bu nəticələr ADNSU-nun qeyd olunan sahələr üzrə fəaliyyətini müasir tələblərə və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirdiyini təsdiqləyir.
Tehsil-press.az