
Universitetin rektoru, professor Mustafa Babanlı beynəlxalq konfransın iştirakçıları olan tələbələrlə görüşüb.
Görüşdə M.Babanlı universiteti beynəlxalq tədbirdə layiqincə təmsil etdikləri üçün tələbələrə təşəkkürünü bildirib. Rektor ADNSU-da müasir standartlara uyğun təhsil üçün hər cür şərait yaradılmasının, kimya üzrə laboratoriyaların yenidən qurulmasının prioritet məsələlərdən olduğunu diqqətə çatdırıb.
Tələbələr beynəlxalq konfransla bağlı təəssüratlarını bölüşüblər.
ADNSU-nun Mətbuat Xidməti