Gürcüstanda yeni daxili işlər naziri təyin edilib - YENİLƏNİB

Gürcüstanda yeni daxili işlər naziri təyin edilib - YENİLƏNİB Gürcüstanda daxili işlər naziri vəzifəsinə Gela Geladze təyin olunub.

Bu barədə Baş nazir İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə məlumat verib.

Gela Geladze indiyədək Dövlət Təhlükəsizliyi Xidmətində rəis müavini vəzifəsində çalışıb. O, bu postda istefa vermiş Vaxtanq Qomelaurini əvəzləyəcək.

Qeyd edək ki, bu gün səhər saatlarında polis general-polkovniki Vaxtanq Qomelauri daxili işlər naziri vəzifəsindən istefa verdiyini açıqlayıb.

10:16
Gürcüstanın Baş nazirinin müavini, daxili işlər naziri Vaxtanq Qomelauri istefa verdiyini bəyan edib.

Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

"Mən 10 ildən çoxdur ki, Gürcüstanın daxili işlər naziri, dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və Baş nazirin müavini vəzifələrini tutmuşam. Əlbəttə, bu illər ərzində yüksək dövlət vəzifələrini tutmaq çox zəhmət tələb edən işdir. Bu gün, ölkədə sakit vəziyyət olduğu bir zamanda komandadan xahiş etdim ki, mənə ailəmə daha çox vaxt ayırmaq imkanı versinlər", - V.Qomelauri bəyanatında bildirib.

O qeyd edib ki, hakim "Gürcü Arzusu" partiyasının komandasına sadiq qalır və gələcəkdə dövlətin yanında durmağa hazırdır.

Tehsil-press.az

Oxşar xəbərlər