Gürcüstanda nazir istefa verdi, yerinə təyinat oldu

Gürcüstanda nazir istefa verdi, yerinə təyinat oldu Gürcüstanın infrastruktur naziri İrakli Karseladze istefa verib.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

Hökumət başçısının sözlərinə görə, İ.Karseladzenin yerinə Revaz Soxadze təyin olunub.

Qeyd edək ki, İ.Karseladze regional inkişaf və infrastruktur naziri postunu 2021-ci ilin fevralından tuturdu. Rəhbərlik etdiyi nazirlik bu yaxınlarda iki müstəqil quruma bölünəndən sonra o, infrastruktur naziri olub. Regional inkişaf naziri vəzifəsinə isə Kaxaber Quledani təyinat alıb.

R.Soxadze isə bundan öncə Tbilisi Şəhər Şurasının üzvü, Şəhər quruculuğu komissiyasının sədri olub.

Tehsil-press.az

Oxşar xəbərlər