Onlar lisey və gimnaziyaların 5 və 6-cı siniflərinə mərkəzləşmiş qaydada qəbul imtahanının ləğvinə etiraz ediblər.
Qeyd edək ki, dünən Təhsil İnstitutu lisey və gimnaziyanın ancaq 7-ci sinfinə şagird qəbulu elan edib. Bu da valideynlər arasında ciddi narazılıq yaradıb.
Valideynlər 1 il ərzində övladlarının ciddi şəkildə 5 və 6-cı siniflərə mərkəzləşmiş qaydada qəbul imtahanına hazırlaşdığını, bunun üçün böyük məbləğdə vəsait sərf etdiklərini, hər ay 12-15 manat müqabilində sınaq imtahanları keçirildiyini bildiriblər.
Ətraflı RTV-nin sujetində:
Tehsil-press.az