“Gənc istedadlar” liseyi 2022-2023-cü tədris ili üçün V siniflərə şagird qəbulu elan edir

“Gənc istedadlar” liseyi 2022-2023-cü tədris ili üçün V siniflərə şagird qəbulu elan edir Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyi 2022-2023-cü tədris ili üçün V siniflərə şagird qəbulu elan edir.
Müsabiqədə hazırda ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların Azərbaycan və rus bölmələrinin 4-cü sinif şagirdləri iştirak edə bilərlər.
Liseyə qəbul imtahanı (Azərbaycan bölməsi üzrə 100, rus bölməsi üzrə isə 50 yer olmaqla) aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:
1. Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual
2. Riyaziyyat – 25 sual
3. Məntiq – 10 sual
Qəbul imtahanında iştirak etmək üçün aşağıdakı linkdə qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat mayın 27-dək davam edəcək. Qəbul imtahanı iyunun 4-də keçiriləcək. İmtahan 1 mərhələdən ibarət olacaq. Suallara cavab vermək üçün 2 saat vaxt ayrılır.
Qəbul imtahanının keçiriləcəyi yer haqqında əvvəlcədən məlumat veriləcək.
Əlaqə üçün: Telefon: (012) 510-74-54; (012) 510-74-94
Elektron-poçt: [email protected]

Tehsil-press.az


Oxşar xəbərlər