
Bu mərhələdə lisey seçimi edib qəbul olunan və qəbul olunduğu liseyi təsdiqləyən şagirdlərin sorğusu avtomatik olaraq yaradılacaq.
Qeyd edək ki, sənəd qəbulu avqustun 17-dək davam edəcək. Valideynlər “Şəxsi kabinet”də sorğular bölməsinə daxil olaraq prosesin ardıcıllığını izləyə bilərlər.
Avqustun 17-dək şagirdlərin ötən tədris ilində təhsil aldıqları məktəbdən şəxsi işləri təhvil alınaraq qəbul olduqları ümumtəhsil müəssisəsinə təqdim edilməlidir. Əks halda, imtahan nəticələri ləğv ediləcək və 2-ci mərhələdə iştirakına icazə verilməyəcək.
Boş qalan yerlərə 2-ci mərhələ vasitəsilə şagird qəbulunun avqustun 19-dan sonra keçirilməsi planlaşdırılır.
Tehsil-press.az