
Bəs “Komedixana”nın ulduzlarından olan aktrisa Mələk Kazımova kimdir?
Aktrisanın dosyesini təqdim edirik.
Mələk Kazımova 25 iyul 1996-cı ildə Bakıda dünyaya gəlib. Mələk “Komedixana”dan öncə bir neçə filmdə rol alıb.
“Komedixana” və TikTok-dakı fəalliyəti ilə diqqət çəkən Mələk Kazımova haqqında mediada çox xəbərə rast gəlinmir. O, 135 minlik instaqram hesabında da aktivdir. Mələk daha çox “Komedixana”dan və etdiyi səyahətlərdən paylaşımlar edir.
Şəxsi həyatını mediadan gizlədən aktrisanın haqqında xəbərlər qızının doğulması və evli rejissorla münasibəti barədədir.
Belə ki, 2017-ci ildə aktrisanın rol aldığı “Mahmud baba” serialının rejissoru Samir Kərimoğlu ilə eşq yaşaması gündəm olmuşdu.
Tehsil-press.az