Abituriyentlərə psixoloji dəstək

Abituriyentlərə psixoloji dəstək Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru, Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova buraxılış imtahanlarına psixoloji hazırlıq məqsədilə “Daxili gücüm və imtahan həyəcanım” mövzusunda onlayn seminar keçirib. Tədbirə İsmayıllı rayonundakı “Niyal” hazırlıq kursunun müdiri Həsən Məmmədov və Xəzər Universitetinə Tələbələrin cəlb olunması üzrə işçi qrupun rəhbəri professor Fuad Rəsulov da qoşulublar.
Onlayn seminarda Mələk Kərimova abituriyentlərə imtahan həyəcanının aradan qaldırılması üçün tövsiyələrini verib, abituriyentlərin suallarını cavablandırıb.
Sonda professor Fuad Rəsulov 11-ci sinif şagirdlərinə Xəzər Universiteti haqqında məlumat verib. O, ali məktəb tərəfindən İsmayıllı rayonunda mütəmadi tədbirlər keçirildiyini qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər