Komitə sədrindən nazirliyin qərarına ETİRAZ – “Təhsilin bu vəziyyətə salınması...”

Komitə sədrindən nazirliyin qərarına ETİRAZ – “Təhsilin bu vəziyyətə salınması...” “Təhsildə bir çox problemlər var və bu bizi narahat etməlidir. Bu günlərdə lisey və gimnaziyalara IV, V, VI siniflər üçün qəbul imtahanlarının ləğv olunması ilə bağlı qərar verildi. Yüzlərlə insan liseylərə qəbul üçün hazırlaşıb. Bu qərar 8 ay öncə qəbul olunsaydı, heç bir narazılıq yaratmazdı. Amma imtahana qısa müddət qalmış bunun ləğv olunması təhsil strategiyası ilə bağlı məsələlərə ciddi yanaşılmalı olduğunu göstərir. İctimai etirazlardan sonra qərar ləğv olundu”.

Bunu deputat Fazil Musatafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bu cür eksperimentlərlə təhsilin bu vəziyyətə salınması arzu olunan deyil:

“Bu məsələlərdə bir az ciddiliyi artırmalıyıq. Bir çox sahələrdə verilən qərarlar fayda vermir. İndiki rəhbərlik səviyyəsində deyilir ki, burada olan səhvlər 20 il əvvəlki rəhbərlərin səhvi idi. 20 ildən, yəni təhsil tam sıradan çıxandan sonra biri çıxıb deyəcək ki, bu, 20 il öncəki səhvlərdir. Ona görə də qərar verərkən ciddi düşünməliyik”.

Tehsil-press.az

Oxşar xəbərlər