
Trampın sərəncamı ilə təhsil katibi (naziri) Linda MakMahonanın rəhbərlik etdiyi qurumun ləğv edilməsinə başlamaq göstərişi verilib.
“Bu qəribə səslənir, deyilmi? Təhsil Departamenti. Biz bunu aradan qaldıracağıq”, - Tramp deyib.
Ağ Evin mətbuat katibi Karolin Levit jurnalistlərə açıqlamasında bildirib ki, nazirlik tamamilə ləğv edilməyəcək və kritik funksiyalarını davam etdirəcək.
Sözügedən sərəncama əsasən məktəblərlə bağlı siyasət ştatların öhdəsinə buraxılacaq.
Nazirliyin əməkdaşlarının yarısının ixtisar edilməsi gözlənilir.
Tehsil-press.az