
Bu barədə “Voll Strit Jurnal” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu sərəncam Prezident Bill Klintonun (1993-2001) verdiyi və federal maliyyə alan agentliklər və digər təşkilatların ingiliscə bilməyənlərə dil yardımı göstərməsini tələb edən federal mandatı ləğv edəcək.
Bununla belə, agentliklər hələ də bir çox dildə sənədlər və xidmətlər təqdim edə biləcəklər.
Rəsmi dilin təyin edilməsi qərarı hökumətin səmərəliliyinin artırılması və vətəndaş fəallığının təmin edilməsi ilə izah olunur.
Tehsil-press.az