İran PUA-sı Azərbaycan səmasında: Görün ərazimizə nə atdılar

İran PUA-sı Azərbaycan səmasında: Görün ərazimizə nə atdılar İrandan Azərbaycana PUA vasitəsilə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları tərəfindən həyata keçirilən sərhəd-axtarış və əməliyyat tədbirləri nəticəsində pilotsuz uçuş aparatı (PUA) vasitəsi ilə İran İslam Respublikasından külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bildirilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd zonasında 12 kq 100 qram marixuana və 399 ədəd M-40 metadon həbləri aşkar edilərək götürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər