BDU Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş festivalda iştirak edib

BDU Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş festivalda iştirak edib Bakı Dövlət Universiteti (BDU) 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş festivalda iştirak edib.

Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan festivalda müxtəlif maraq dairələrinə uyğun əyləncə zonaları yaradılıb.

BDU, “Azərkosmos” və Həvəskar Astronomlar Cəmiyyəti uşaqlar üçün teleskopla müşahidə tədbiri təşkil edib. Festivalda iştirak edən 100-dən çox azyaşlı və ailə üzvləri “Şmidt-Kassegren” teleskopu ilə Günəşi, günəş ləkələrini və yerin peykini müşahidə edib, kosmos, astronomiya, ulduzlar və planetlər haqqında məlumat alıblar.

Tehsil-press.az

Oxşar xəbərlər