BDU-da Karyera Festivalı keçiriləcək

BDU-da Karyera Festivalı keçiriləcək Bakı Dövlət Universiteti (BDU) və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə mayın 27-də Karyera Festivalı keçiriləcək. Festivalda ölkəmizin 80-dək nüfuzlu şirkətinin iştirakı nəzərdə tutulub.

Festivalın keçirilməsində məqsəd tələbə və məzunları ölkənin aparıcı şirkətləri ilə bir araya gətirmək, onların əmək bazarına uğurlu inteqrasiyasını təmin etməkdir.

"Açıq qapı" formatında təşkil ediləcək festivalda digər universitetlərin tələbə və məzunları, həmçinin işsiz və işaxtaran şəxslər də iştirak edə bilərlər.

Festivalda tələbə və məzunların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə "workshop" və seminarların keçirilməsi, simulyasiya və startap güşələrinin təşkili nəzərdə tutulub.

Festivalda iştirak üçün qeydiyyat linki: https://forms.gle/euLAKQSL7v1T8uRa6

Qeydiyyat üçün son tarix: 26.05.2025

Tehsil-press.az

Oxşar xəbərlər