Bakı məktəblisi beynəlxalq festivalda qalib gəlib

Bakı məktəblisi beynəlxalq festivalda qalib gəlib Paytaxt məktəblisi Bakıda keçirilən beynəlxalq incəsənət festivalında birinci yerə layiq görülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 7 nömrəli tam orta məktəbin üçüncü sinif şagirdi Uğur Məmmədli rəqs ifası üzrə kubok, birinci dərəcəli diplom və medalla mükafatlandırılıb.
U.Məmmədli bu qələbəsi sayəsində iyunda İtaliyada keçiriləcək beynəlxalq festivalda iştirak hüququ qazanıb.
Qeyd edək ki, paytaxtda təşkil olunan “Testene-Art” beynəlxalq festivala üç yüzədək yerli və xarici iştirakçı qatılıb.

Hikmət Əliyev

Oxşar xəbərlər