Bunu deputat Əli Məsimli Milli Məclisin növbədənkənar iclasında 2024-cü il büdcəsinin icra vəziyyəti müzakirə olunarkən deyib.
O bildirib ki, hələ 10 il əvvəl qəbul edilən konsepsiyaya əsasən büdcədən elm və təhsilə ayrılan vəsaitin 5-6%-ı çatıdırılması nəzərdə tutulurdu. “Eyni zamanda konsepsiyaya əsasən 2020-ci ilədək təhsil sahəsində çalışanların əməkhaqqı orta aylıq əməkhaqqından yuxarı olmalıdır. Digər tərəfdən elmə sərmayənin 1 faizə çatdırılması nəzərdə tutulurdu. Amma bunların heç birinə nail olunmayıb. Ona görə də bu istiqamətdə ciddi addımlar atılıb çatışmazlıqlar aradan qaldırılmalıdır”, - deputat qeyd edib.
O eyni zamanda əlavə edib ki, bu gün Azərbaycan nəinki özünü kənd təsərrüfatı məhsulları ilə təmin etmək imkanına malikdir, hətta ixrac gücünü qadirdir. “Odur ki, hökumət bu sahəyə diqqət ayırmalıdır”, - o qeyd edib.
Tehsil-press.az