
DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, onlardan ümumilikdə 2 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, psixotrop maddə metamfetamin və güclü təsiredici xassəyə malik 87 ədəd preqabalin həbi aşkar edilib.
Həmin şəxslər sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçiriblər. Bundan başqa, saxlanılan Elşən Əliyevin ifşa olunmamaq və izini itirmək üçün tez-tez yaşayış ünvanlarını dəyişdiyi, əsasən paytaxtda yerləşən müxtəlif hotellərdə gecələdiyi müəyyən edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Elşən Əliyev ürək-damar cərrahıdır və “Lazur Hospital”, “Real Hospital”, eləcə də “Alo Klinika” kimi bir sıra özəl klinikalarda çalışıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Tehsil-press.az