
Bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Trampı tərifləyən və onu keçmiş prezident Cozef Baydendən ayıran Rusiya rəsmiləri Ağ Ev sahibinə münasibəti dəyişmək məcburiyyətində qalıblar:
"Putinin bundan sonra Tramp barədə müsbət fikir söyləməsi çətinləşib. Kreml sahibinin eyni zamanda Ağ Ev sahibinin ondan məyusluğuna hansısa reaksiyası olmalıdır. Putin bu barədə mövqeyini müəyyənləşdirərkən mesajlarında ağır ifadələr işlədən dostu Medvedevi irəli verib. O, Trampı yüngülcə tənqid edərkən əsas nifrətini amerikalı senator Lindsli Qremin üzərinə töküb.
Ancaq Medvedev kobud səhvə yol verib. Onun istehza ilə "baba" adlandırdığı Qremin 70 yaşı var. Medvedevin patronu Putinin isə 72 yaşı var. Qremi babadırsa, Putin nədir? Putinlə yanaşı onun komanda üzvlərinin yaşları da artıb. Vladimir Putinin tələbə yoldaşı və Rusiya Ali Məhkəməsinin sədri İrina Podnosova bugünlərdə vəfat edib. Evin şüşədəndirsə, başqalarına daş atma!"
Tehsil-press.az