
"İndi bazar iqtisadiyyatında hökumət bazara müdaxilə edə bilməz. Hər kəs öz məhsulunu əkir, becərir və istədiyi qiymətə satır. Hal-hazırda bazarda meyvələrin qiyməti sahibkardan asılı olaraq dəyişkənlik göstərir. 10 manata olan çiyələk də var, 2 manata olan da. Həmçinin gilasın da 13 manata satılanı da var, 3 manata satılanı da".
Aqil Abbas əlavə edib ki, əkin üçün olduqca əlverişli sahələr olsa da, işğaldan azad olunan torpaqlar hələ də minadan tam təmizlənmədiyi üçün istifadəsiz qalıb:
"Hər kəsin bazarda öz qiyməti var. Amma təbii ki, mən də istəmərəm qiymətlər baha olsun. Çox istərdim ki, qiymətlər bütün sakinlər üçün əlçatan və uyğun olsun. İşğaldan azad olunan torpaqlarda kifayət qədər münbit torpaqlar var. Əgər bu sahələr minalardan tam təmizlənsə, kənd təsərrüfatı üçün çox əlverişli olacaq".
Tehsil-press.az