Bakıda alça neçəyədir?

Bakıda alça neçəyədir? Bakıda nübarlıq meyvələrlə ağzının dadını dəyişmək istəyənlər 35-40 manatdan çox pul xərcləməlidir.
Bu hesablamanı Azvision.az saytı aparıb. Sayt “Təzə bazar”da meyvələrin qiymətini öyrənib.
Bəlli olub ki, çiyələk 400 qramlıq plastik qabda 5 manata, əsl göyçə alçasının 1 kiloqramı 15-20 manata, ərik 200 qramlıq qabda 5 manata, şaftalı 10-12 manata, üzüm 10-15 manata, yemişin bir kiloqramı 4 manata, müşmulanın 1 kiloqramı 10 manata, gilasın bir kiloqramı 35 manata, gavalının bir kiloqramı 15-20 manata, qarpızın bir kiloqramı 3 manata, qarğıdalının 1 ədədi 2 manata təklif olunur.
Satıcılar dediyinə görə, müştərilərə təklif olunan ərik, şaftalı, üzüm, gilas və gavalı ölkəyə İran və Türkiyədən gətirilir.

Tehsil-press.az

Oxşar xəbərlər