
Türkiyə, Gürcüstan, Yunanıstan, Rumıniya, Bolqarıstan, Ukrayna, Rusiya ali təhsil müəssisələri rəhbərlərinin iştirak etdiyi konfransda asossiasiyaya üzv universitetlərin əməkdaşlığının gücləndirilməsinin əsas prinsipləri və perspektivləri, cəmiyyətdə nanotexnologiya və innovasiyaların dəstəklənməsində birgə fəaliyyət və s. bağlı məsələlər müzakirə edilib.
Konfransda Albaniyanın Tirana Politexnik Universitetinin rektoru Yorqak Kaçani Bakı Dövlət Universitetinin rektoru, adıçəkilən universitetin fəxri doktoru, akademik Abel Məhərrəmovun “Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının inkişafındakı müstəsna xidmətlərinə görə” qızıl medalla təltif edildiyini diqqətə çatdırıb.
Mətbuat və informasiya şöbəsi


