“Rossotrudniçestvo”nun müavini Dmitriy Qujelya, Agentiliyin Azərbaycan nümayəndəliyinin rəhbəri Valentin Denisov Bakı Dövlət Universitetində rus dilinin tədrisindən razılıqlarını ifadə edib, Rus Mərkəzinin fəaliyyəti üçün yaradılmış şəraitin diqqətəlayiq olduğunu nəzərə çatdırıb, bu istiqamətdə əməkdaşlığın daha da inkişafında maraqlı olduqlarının bildiriblər.
Sonra nümayəndə heyəti univesitetin maddi-texniki bazası, laboratoriyaları ilə tanış olublar. Fizika fakültəsinin dekanı, Nanotexnologiya laboratoriyasının müdiri, professor Məhəmmədəli Ramazanov qonaqlara Rusiya fizikləri ilə əməkdaşlıq, o cümlədən Dubnadaki Nüvə Tədqiqatları Birləşmiş İnstitutu ilə əlaqələrindən bəhs edib.
Mətbuat və informasiya şöbəsi


