NATO-da yeni dövr: Türkiyə bu nəhənglə Avropanın ən böyüyünə sahib olacaq

NATO-da yeni dövr: Türkiyə bu nəhənglə Avropanın ən böyüyünə sahib olacaq Türkiyənin yaxın onillikdə NATO-nun cənub cinahında aparıcı dəniz gücü olmağa hazırlaşdığı bir vaxtda, İspaniya ilə gözlənilməz tərəfdaşlıq regional tarazlıqları kökündən dəyişdirəcək.

Bununla bağlı təfərrüat Türkyə mediasında yer alıb.

NATO-nun son sammitində Avropa ölkələri müdafiə büdcələrini milli gəlirlərinin 5 faizinə çatdırmağı öhdələrinə götürüblər, lakin İspaniyanın qüvvələrini birləşdirməkdən imtina etməsi diqqət çəkib. Bununla belə, İspaniya mətbuatında çıxan xəbərlərə görə, Madrid Ankara ilə güclərini birləşdirərək Avropanın ən böyük təyyarədaşıyan gəmisinin inşası layihəsində əsas rol oynayacaq.

Türkiyənin Müdafiə Sənayesi Nazirliyi təxminən 300 metr uzunluğundakı bu nəhəng təyyarə gəmisinin İstanbul tərsanələrində istehsal ediləcəyini açıqlayıb. Türk mühəndisliyi və əməyinin bir əlaməti olacaq layihə, Avropanın ən qabaqcıl və güclü dəniz platformalarından biri olaraq dünya səhnəsində yerini alacaq. İspaniyanın "Navantia" şirkəti ilə bu ortaqlıq Türkiyənin Aralıq dənizi və Qara dənizdə təsirini artırmaq məqsədi daşıyır.

İspaniya mətbuatı qeyd edir ki, Madridin müdafiə büdcəsindəki məhdudiyyətlərə baxmayaraq, Türkiyənin texnoloji üstünlüyünə inamla belə böyük bir layihə başlayır. Gəminin texniki xüsusiyyətləri layihənin miqyasını göstərir.

Hərbi qabiliyyət artacaq

Son illərdə əhəmiyyətli platformalarla donanmasını gücləndirən Türkiyə, regional enerji dəhlizlərinin və dəniz yollarının təhlükəsizliyini təmin etmək üçün bu təyyarədaşıyıcı ilə hərbi potensialını əhəmiyyətli dərəcədə artıracaq. Ekspertlər hesab edirlər ki, Aralıq, Qara və Egey dənizlərində artan geosiyasi gərginlik fonunda mövqelərini möhkəmləndirəcək bu gəmi təkcə döyüş vasitəsi olmayacaq, həm də Türkiyənin regional liderlik iddiasının konkret nümayişi olacaq.

Ankaranın NATO-dakı mövqeyi güclənir

Bildirilir ki, NATO daxilində güc balansı üçün də mühüm əhəmiyyət kəsb edən bu layihə İspaniyanın müdafiə xərclərini artırmaq çağırışlarına qarşı mövqeyindən sonra Türkiyə ilə qurduğu bu strateji ittifaqla daha böyük əhəmiyyət qazanır.

Müdafiə balansı dəyişir

Xüsusi vurğulanır ki, bu təyyarədaşıyan gəminin yaxın on il ərzində Türkiyəyə Cənubi Avropa dənizlərində əhəmiyyətli bir varlıq qazandıracağı gözlənilir. İspan mətbuatına danışan analitiklər deyirlər ki, İstanbulda tikiləcək bu nəhəng gəmi Türkiyənin öz müdafiə qabiliyyətini artırmaqla yanaşı, Avropadakı müdafiə balansını da dəyişəcək.

Tehsil-press.az

Oxşar xəbərlər