Bakı küçələrində naməlum şəxslər: kamuflaj olunmuş agentlərdir?

Bakı küçələrində naməlum şəxslər: kamuflaj olunmuş agentlərdir? Xəbər verdiyimiz kimi, Bakının mərkəzi küçələrində narıncı geyimdə olan bir neçə şəxs görüntülənib. İddialara görə, bu geyim missonerlik fəaliyyəti ilə məşğul olanlara xasdır və həmin şəxslər vətəndaşların falına baxmaqla məşğuldurlar. Ekspertlər bildirirlər ki, onlar Rusiya mənşəlidirlər və Bakıda çox adamın rus dilini bilməsi səbəbilə paytaxtı seçiblər. Bəzi fikirlərə görə isə bu şəxslər təxribatçı və ya rus agentləri ola bilərlər. Bu şəkildə kamuflaj olunublar. Qeyd olunur ki, onlar bir-birilərini tanımaq üçün həmin xüsusi geyimdən istifadə edirlər.

Bəs onların agent və ya təxribatçı olub-olmadığını necə müəyyənləşdirmək olar? Bu iddialar nə dərəcədə əsaslıdır?

Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza deyib ki, bu kimi hallar son zamanlar daha çox müşahidə olunmağa başlayıb.

Onun sözlərinə görə, belə şəxslər əksər hallarda missioner fəaliyyətləri ilə məşğul olurlar:

“Onlar əsasən öz dinlərini təbliğ edirlər, burada yaşamağa davam etmək üçün ianə toplayır, fala baxırlar və sair. Faldan bir vasitə kimi istifadə edərək insanlarla ünsiyyət qurmağa çalışırlar.

Kəşfiyyat məsələsinə gəldikdə isə, bəli, bəzi hallarda xüsusi xidmət orqanları bu cür şəxslərdən məlumat toplamaq məqsədilə istifadə edə bilər”.

Ekspert qeyd edib ki, belə hallar beynəlxalq təcrübədə mövcuddur və real təhlükə yarada bilər:

“İlkin mərhələdə bu şəxslər haqqında dəqiq fikir bildirmək çətin olur. Amma belə halların arxasında kəşfiyyat məqsədi dayanması mümkündür. Bu baxımdan ehtiyatlı olmaq vacibdir. Güc strukturları, xüsusilə də kəşfiyyat orqanları bu şəxsləri diqqətlə izləməlidir”.

Tehsil-press.az

Oxşar xəbərlər