Biznesin təşkili və idarə edilməsi (MBA) - (Azərbaycan dilində) (ixtisas)
İnsan resurslarının idarə olunması (ixtisaslaşma)
Marketinq (ixtisaslaşma)
Ümumi idarəetmə (ixtisaslaşma)
İnformasiya texnologiyalarının idarə edilməsi (ixtisaslaşma)
Əməliyyatların idarə edilməsi (ixtisaslaşma)
İnformasiya təhlükəsizliyi (ixtisas)
Kibertəhlükəsizlik (ixtisaslaşma)
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi (ixtisas)
Nəqliyyat logistikası (ixtisaslaşma)
Sənaye mühəndisliyi (ixtisas)
Texnologiya və əməliyyatların idarə edilməsi (ixtisaslaşma)
Bundan əlavə, bu il Data analitikası (ingilis dilində) ixtisası üzrə də ilk dəfə bakalavr hazırlığı həyata keçiriləcək.
Qeyd edək ki, adıçəkilən proqramlar üzrə təhsil alan tələbələr həm nəzəri biliklər, həm də praktiki bacarıqlar əldə edərək yerli və beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşacaqlar. Yeni ixtisaslar əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanmasına xidmət edir.
ADNSU-nun bu istiqamətdə atdığı addım ölkədə rəqəmsal transformasiya, təhlükəsizlik və sənaye sahələrində yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinə töhfə verəcək.
Xatırladaq ki, iyulun 7-dən ali təhsil müəssisələrinin magistratura pilləsi üçün ixtisas seçimi başlayıb. İxtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 13 iyul tarixinədək ixtisas seçimini həyata keçirməlidirlər.
Tehsil-press.az