Qəza iyulun 11-də, saat 00:50 radələrində Atatürk Bulvarında qeydə alınıb.
Məlumata görə, axşam saatlarında oğlu ilə əyləncə parkına gedən Yunus Tekerci, gecə evə qayıdarkən səki ilə hərəkət edirmiş. Bu zaman Caner S. idarə etdiyi avtomobilin sükanına nəzarəti itirib. Avtomobil əvvəlcə yolun orta zolağına çırpılıb, ardınca səkidə gedən ata və oğula dəyib.
Zərbənin gücündən 8 yaşlı Adem Efe hadisə yerindəcə dünyasını dəyişib. Ağır yaralanan Yunus Tekerci və avtomobildəki sərnişin Şenay A. təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılsa da, atanın həyatını xilas etmək mümkün olmayıb.
Ata və oğulun cənazələri Antalya Ədliyyə Tibb İdarəsinin meyitxanasına aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Tehsil-press.az