
İyulun 11-dən etibarən qruplaşmada tərkisilah prosesinin başlayacağı bəyan edilib. Beləliklə, Prezidenti Rəcəb Tayyib Ərdoğan da kürd separatizmini və PKK terrorunu məğlub etmək üzrədir.
Ekspertlərin fikrincə, bu uğurlar eyni zamanda türk və müsəlman dünyasının aparıcı dövlətlərinin inkişafına əngəl olan əsas faktorların aradan qalxması deməkdir.
Separatizm və terrorizmin kökü kəsildikdən sonra bölgədə necə bir gələcək olacaq? Bu böyük mübarizənin nəticəsində hansı yeni və pozitiv proseslərə start veriləcək?
Siyasi şərhçi Füzuli Qurbanov bildirib ki, Türkiyənin PKK-nı neytrallaşdırmaq istiqamətində atdığı addımların başlanğıcı Azərbaycanın Qarabağda erməni separatizmini və terrorunun bitirməsindən qaynaqlanır:
“Son 30–40 ildə türk coğrafiyasında terrora qarşı ilk sarsıdıcı zərbəni Azərbaycan vurdu. Məhz buna görə, hazırda Türkiyədə PKK-nın silahı yerə qoyması prosesində Azərbaycanın Qarabağ zəfəri həlledici rol oynayır. Doğrudan da, iki dövlətin bu səviyyədə terrora qarşı mübarizədə uğur qazanması tarixi hadisədir. Əminəm ki, belə zəfərlərin davamı da gələcək. Ankara və Bakı yaxın tarixdə terror üzərində qələbə qazanaraq regional siyasətə də ciddi təsir göstərib. Bu prosesdən regionun bütün xalqları qazanacaq.
Şübhəsiz, Türkiyə güclü dövlətdir. Lakin Azərbaycanın da güclənməsi, təsir dairəsini genişləndirməsi qardaş ölkənin qüvvətini artırır. Artıq Azərbaycan regional gücə çevrilib. Belə olan halda iki ölkənin terrora qarşı birgə və uğurlu əməliyyatlar aparması və onlardan zəfərlə çıxması böyük strateji hadisələrə yol açır”.
Tehsil-press.az