Vəzifəsində saxlanıldı - Verdiyi vədi yerinə yetirə bilməsə də...

Vəzifəsində saxlanıldı - Verdiyi vədi yerinə yetirə bilməsə də... Üzümüzə gələn mövsümdən I Liqada yarışacaq «Şəfa» baş məşqçisi ilə müqaviləni yeniləyib.

Ötən ilin dekabrından paytaxt təmsilçisini çalışdıran Elgiz Kərəmli daha 1 il sükan arxasında qalacaq.

Anlaşmaya əsasən, komanda Premyer Liqaya vəsiqə qazanarsa, işbirliyinin müddəti 2027-ci ilin yayınadək uzadılacaq.

«Şəfa» keçən sezon II Liqada mübarizə aparıb. Çempionatın ən böyük büdcəyə malik iştirakçısı qızıl medal əldə edə bilməyib:

E.Kərəmli «13 oyuna 13 qələbə» vədi ilə görəvə gəlsə də, kollektiv «Şahdağ»dan geri qalaraq ikinciliklə kifayətlənib.

Tehsil-press.az

Oxşar xəbərlər