"Belqrad"a keçəcəyi gözlənilən qapıçı "İmişli"də? - AÇIQLAMA

Serbiyanın "Belqrad" klubuna transfer olunacağı gözlənilən "Qarabağ"ın gənc qapıçısı Sadiq Məmmədzadənin keçidi düyünə düşüb. Hətta 19 yaşlı qolkiperin Azərbaycanda özünə klub axtardığı və bu məqsədlə "İmişli"nin düşərgəsinə yollandığı haqda məlumat əldə etmişik.

Sadiq bu barədə açıqlamasında məsələyə belə aydınlıq gətirib:

"Belqrad"a keçidim ətrafında dəyişən heç nə yoxdur. Planlaşdırdığımız kimi, ayın sonunda menecerim Emin Əsədovla birlikdə Serbiyaya gedəcəyik. Danışacağıq, razılığa gəlsək, hazırki klubuma çağırış göndəriləcək.

O ki qaldı "İmişli"yə, bəli, 2-3 gün klubun düşərgəsində oldum. Ancaq bu, keçid və ya baxışa yollanmaq yox, sadəcə, məşq etmək üçün idi. Sağ olsunlar, şərait yaratmışdılar. Hazırda orada deyiləm".

Qeyd edək ki, Sadiq Məmmədzadə "Səbail"in Futbol Akademiyasının qapıçısıdır.

Tehsil-press.az

Oxşar xəbərlər