
Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev prezidentə rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.
***
Prezident İlham Əliyev İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi açılışında iştirak edib.
***
Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. Komplekslə tanışlıq zamanı prezident İlham Əliyevə görülən işlər barədə məlumat verilib.
Dövlət başçısı İmişli “ASAN xidmət” mərkəzini işə salıb.
***
İmişlidə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası açılıb. Dövlət başçısı açılışda iştirak edib.
Prezident körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.
Tehsil-press.az