
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra Suriyada baş verən son hadisələri şərh edərkən deyib.
“Bugünkü mərhələdə regionun problemi İsrailin təcavükarlığı ilə əlaqəlidir. Bu vəhşilik, soyqırım heç vaxt unudulmayacaq. Regionu xaosa sürükləmək üçün hər şeyi edir. 58 min fələstinli şəhid oldu, 138 mindən çoxu yaralandı. Bütün bunlar azmış kimi İsrail özbaşınalığını Suriyada da göstərir”, - deyə Ərdoğan bildirib.
Ərdoğan əlavə edib ki, Suriyanın suverenliyi, ərazi bütövlüyü Türkiyə üçün prioritet məsələdir və ölkənin parçalanmasına əsla icazə verilməyəcək.
Tehsil-press.az