Bakıda DƏHŞƏTLİ QƏZA - Ölən var

Bakıda DƏHŞƏTLİ QƏZA - Ölən var Bakıda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb.

Hadisə 18 iyul 2025-ci il tarixdə saat 17:00-da baş verib.

Belə ki, İskəndərov Hikmət Gülrza oğlunun idarə etdiyi "VAZ 21011" markalı avtomobilin yolun kənarında dayanmış "Mitsubishi" markalı yük avtomobili ilə arxadan toqquşması nəticəsində sərnişin, 1980-ci il təvəllüdlü İsgəndərova Azadə Vahid qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü H.İskəndərov və sərnişin, 2008-ci il təvəllüdlü İsgəndərova Zənurə Bala qızı bədənin müxtəlif nahiyyələrinin xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Bakı şəhəri Xəzər RPİ-nin İstintaq Şöbəsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər