MDU-nun Elmi Şurasının 2025-ci il 5 iyul tarixində Şəki şəhərində keçirilən iclasında qəbul edilmiş qərara əsasən, akademik göstəriciləri ilə fərqlənən, eləcə də sosial həssas qrupa aid olan tələbələrin dəstəklənməsi üçün yeni təqaüd proqramı təsis edilib. Buna uyğun olaraq universitetin rektoru Anar Eminovun 21 iyul tarixində imzaladığı müvafiq əmrə əsasən 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələrinə əsasən dövlət təqaüdü almayan, lakin fakültələr üzrə ən yüksək nəticə göstərən 30 bakalavriat tələbəsi və 5 magistrant birdəfəlik 500 manat məbləğində "Rektorun fəxri təqaüdü”nü alacaqlar.
Təqaüd alan tələbələrin müəyyənləşdirilməsi zamanı onların imtahan sessiyası üzrə ümumi akademik nəticələri, təqaüd şərtlərinə uyğunluğu və dövlət təqaüdü almamaları əsas meyar kimi götürülüb.
Yeni təqaüd proqramı universitetdə tələbəyönümlü idarəetmə prinsiplərinin tətbiqinə və təhsilalanların motivasiyasının artırılmasına yönəlib.
Qeyd edək ki, “Rektorun fəxri təqaüdü” ilk dəfədir ki, universitetdə tətbiq olunur və bu təşəbbüsün növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.
“Rektorun fəxri təqaüdü”nə layiq görülənlərin siyahısı:
“Rektorun fəxri təqaüdü”nə layiq görülənlərin siyahısı ilə tanış olmaq üçün klik edin!
Tehsil-press.az