Xalq artisti Prezidentin ona 9 il əvvəl hədiyyə etdiyi mənzilə köçdü

Xalq artisti Prezidentin ona 9 il əvvəl hədiyyə etdiyi mənzilə köçdü Xalq artisti Yasin Qarayev Prezidentin ona 9 il əvvəl hədiyyə etdiyi mənzilə köçüb.

Bu barədə aktyorun özü bildirib. Aktyor sözügedən mənzilin ona 2016-ci ildə bağışlandığını bildirib:

"2016-ci ildə 70 illik yubleyimlə bağlı ölkə başçısı mənə ev hədiyyə etmişdi. Bu il də 80 illik yubleyimdir. Odur ki, onu yeni mənzilimdə qeyd etmək istədim. Köçdük, amma hələ evin sənədlərini almamışam. Söz veriblər ki, bu ilin sonuna kimi evin sənədlərini də verəcəklər. Allahdan bir arzum var ki, bu evdə sağlam yaşayım".

Yasin Qarayev bu günə kimi bir otaqlı evdə yaşadığını xatırladıb:

"Rahatlığın nə demək olduğunu indi başa düşdüm".

Tehsil-press.az

Oxşar xəbərlər