Azərbaycan-Türkmənistan əlaqələri yeni mərhələyə qədəm qoyur - ŞƏRHLƏR

Azərbaycan-Türkmənistan əlaqələri yeni mərhələyə qədəm qoyur - ŞƏRHLƏR Xəbər verdiyimiz kimi, iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib.

Səfər çərçivəsində Berdiməmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Görüşdən sonra onlar işğaldan azad edilmiş torpaqlara - Füzuli və Şuşaya səfər ediblər.

İki ölkə başçısının işğaldan azad olunan torpaqlara səfəri və bunun əhəmiyyəti haqda açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərinə bir neçə istiqamət üzrə qiymət verməyin düzgün olduğunu vurğulayıb:

"Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərinə bir neçə istiqamət üzrə qiymət vermək düzgün olar. Birincisi bu ikitərəfli münasibətlərimizin tarixində yeni səhifənin açılması baxımından əhəmiyyətlidir. Nəzərə alsaq ki, rəsmi Bakı-Aşqabad münasibətləri müəyyən məqamlarda enişli-yoxuşlu olub. Hətta 2000-ci ilin əvvəllərində Türkmənistan Azərbaycandakı səfirliyinin fəaliyyətini dayandırmış, səfirini geri çağırmışdı. Bununla yanaşı Azəri-Çıraq neft yataqları ilə bağlı da çox ciddi ixtilaflar formalaşmışdı".

Son zamanlar Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında müsbət dinamikanın olduğunu deyən deputat bu rəqəmlərin əvvəllər daha kiçik olduğunu bildirib:

"Bu gün qürur hiss ilə qeyd etmək olar ki, bu Türkmənistan Respublikası ilə Azərbaycan əlaqələri inkişaf dinamikasına malikdir. Həm nəqliyyat, logistika nöqteyi nəzərindən, həm də enerji təhlükəsizliyi, yükdaşımalar baxımından əlaqələrimizi sürətlə inkişaf edir. Təkcə keçən il Türkmənistan limanlarından başlanğıcını götürən yüklərin Bakı limanından keçməklə daşınması həcmi 3-4 milyon tona gəlib çatıb. Turizm sahəsində əlaqələrimiz inkişaf edir. Bu sahəndə olan inkişafını da turizm sektoruna əhəmiyyəti böyükdür. Məsələn, keçən ilə 19 min soydaşımızın Türkmənistana səhəri olmuşdu. Türkmənistandan isə Azərbaycana 33 mindən çox turist gəlmişdi. Bunlar hamısı müsbət dinamikadır. Əvvəllər bu rəqəmlər olduqca kiçik idi".

Millət vəkili bildirib ki, Türkmənistan Xalq Məsləhətinin sədri Q.Berdiməhəmmədov işğaldan azad olunmuş ərazilərimizdə törədilmiş vandalizmin də şahidi oldu:

"Cənab Berdiməhəmmədov əvvəlcə Füzulidə, sonra Şuşa şəhərində oldu. Füzulinin erməlilər tərəfindən necə vandalizmə məruz qaldığını öz gözləri ilə gördü. Onların bizim tarixi, mədəni, dini abdələrimizi yerlə yeksan etdiyinə şahidlik etdi. Şuşadakı tarixi abdələrimizi gördü. Erməlilərin törətdiyi vəhşiliyin şahid oldu. Və eyni zamanda Qarabağın Şərqi Zəngəzurun necə böyük sürətlə bərpa edildiyini də gördü. Bu həm də bu bir mesajdır ki, Türkmənistan dövləti də Azərbaycanın haqq işini müdafiə edir və bu müdafiə təkcə iktərəfli formadda deyil, həm də çox tərəfli formadda özünü göstərir.

Türkmənistan BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama hərəkatı çərçivəsində Azərbaycanı dəstəkləyir və eyni zamanda Türkmənistan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusundadər. və bu təşkilat çərçivəsində də bizim əlaqələrimiz sürətlə inkişaf edilir. Canan İlham Əliyevin qeyd etdiyi kimi, bizim strateji xəttimiz Türk ailəsidir, Türk dünyasıdır. Bizim xarici siyasətimizin prioritet istiqamətimiz bu istiqamətdir və Türkmənistan da Türk Dövlətləri Təşkilatının bu gün müşahidəçi statusunda üzvüdür, müşahidəçi statusunda təmsilçisidir. Ancaq bu səfər göstərdi ki, əlaqələrimiz daha da sürətlə inkişaf etməyə başlayır, keyfiyyətcə yeni mərhələyə daxil olur və bu baxımdan Türkmənistanın yaxın perspektivdə Türk Dövlətləri Təşkilatının tam hüquqlu üzvü olacağı istisna deyil".

Mühüm görüşü şərh edən "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycan və Türkmənistanı bir-birinə bağlayan xeyli məqamlar var:

"Azərbaycan və Türkmənistan Türk dünyasının iki aparıcı ölkələrindəndir. Onları bir-birinə bağlayan çox bağlar var. Orada tarixdən gələn birgəlik, mənəvi dəyərlər, milli dəyərlərimiz, soykökümüz, dilimiz - bütün bu məsələlər hamısı iki qardaş Türk xalqına ortaq keçmişdən gələn, bu günümüzü birləşdirən və gələcəkdə də bizi bir yerdə olmağa istiqamətləndirən əsas məqamlardır. Türkmənistan Xalq Məsləhət Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çox önəmli məqamlarla diqqət çəkdi. Əvvəla, hər iki ölkə uzun müddət arada mübahisə yaradan və narahatlıq yaradan Kəpəz adlanan yatağın birgə işlənməsinə dair qərar qəbul edib. Düşünürəm ki, bu müzakirələrdə həmin məsələ gündəmdə olub. Düzdür, biz birgə qərar qəbul etsək də hələ bu istiqamətdə addımlar atılmayıb, yəqin ki, Azərbaycanla Türkmənistan bu məsələlərin həllinə nail olacaq. Bundan başqa, Türkmənistan qazının Azərbaycana, Azərbaycan üzərindən Türkiyəyə ixracı məsələləri çox önəmli bir məsələ kimi diqqət çəlb edir və eyni zamanda alternativ enerji mənbəyini, yaşıl enerjinin Türkmənistandan Xəzər dənizi altından Azərbaycan vasitəsi ilə Avropaya ixracı məsələsi də hər ki dövlət üçün önəmli və əhəmiyyət daşıyan məsələlər sırasındadır".

Analitik qeyd edib ki, bu vacib görüş hər iki ölkənin əlaqələrini yeni mərhələyə daşıyacaq:

"Mən hesab edirəm ki, hər iki Türk dövlətini bu ortaq maraqlarla yanaşı, bayaq qeyd etdiyimiz keçmişdən gələn tarix, milli-mənəvi dəyərlər məsələsi, soykök, dil məsələsi birləşdirir. Hər iki dövlətin liderlərinin görüşdə göstərdikləri o münasibət, qarşılıqlı olaraq çıxışlar, səslənən fikirlər, verilən bəyanatlar, isti münasibət deməyə əsas verir ki, iki qardaş dövlət və xalq arasında yeni səhifələr açılmaqdadır. İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovun görüşləri Xəzər sahilində yerləşən iki türk ölkəsini, əlaqələri, münasibətləri, qarşılıqlı fikir mübadilələri hər iki ölkəni yeni mərhələyə daşımaqdadır.

Ümid edirəm ki, bu görüşdən sonra biz Türkmənistanı Türk dövlətləri təşkilatının həqiqi üzvü kimi, habelə Bu ölkəni Türk birliyində daha sıx və aktiv çalışmalar həyata keçirən Azərbaycanla, Türkiyəylə birgə daha uğurlu və genişmiqyaslı layihələrə imza atmasını görə biləcəyik".

Günel Hüseynli

Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.

Tehsil-press.az

Oxşar xəbərlər