Azərbaycan Universiteti “QS Stars” auditində 4 ulduzla qiymətləndirilib

Azərbaycan Universiteti “QS Stars” auditində 4 ulduzla qiymətləndirilib Azərbaycan Universiteti dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən keçirilən “QS Stars” auditində 4 ulduzla qiymətləndirilib.
Reytinqə ilk dəfə müraciət edən Azərbaycan Universitetinin bu nəticəni əldə etməsi son illər ərzində aparılan islahatların, tədrisin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və tələbə mərkəzli yanaşmanın göstəricisidir.

“QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Sözügedən sistem ali təhsil müəssisələrinin müxtəlif meyarlar – keyfiyyətli tədris, tədqiqat, tələbə dəstəyi, idarəetmə, beynəlxalq əməkdaşlıq, bərabərlik və inklüzivlik, infrastruktur, əmək bazarına çıxış imkanları və s. üzrə qiymətləndirilməsini nəzərdə tutur. Bu sistem universitetlərin güclü tərəflərini obyektiv şəkildə göstərməklə, beynəlxalq arenada rəqabətqabiliyyətliliyini artırır və onların qlobal səviyyədə tanınmasına töhfə verir.

Tehsil-press.az

Oxşar xəbərlər