“İtkin ailələrinin eşidilməyən səsi” layihəsinin icrasına başlanılıb

“İtkin ailələrinin eşidilməyən səsi” layihəsinin icrasına başlanılıb “Qarabağ İtkin Ailələri” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2025-ci il iyul ayından Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədi ilə “İtkin ailələrinin eşidilməyən səsi” layihəsinin icrasına başlayıb.

Layihənin hazırlıq mərhələsində işçi heyəti ilə görüş keçirildi, layihə çərçivəsində imzalanacaq müqavilələr, hazırlanacaq çap məhsulları və ümumilikdə layihənin icrası ilə bağlı görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.

Azərbaycan xalqına qarşı Ermənistan dövləti tərəfindən həyata keçirilən soyqırım siyasəti nəticəsində itkin düşmüş, vətəndaşların axtarılması işinin səmərəliliyinin artırılması, problemin dünya ictimaiyyətinə çatdırılması və bu sahəyə beynəlxalq təşkilatların diqqətini cəlb etmək itkin ailələrinin hüquqlarını müdafiə edən ictimai birlik kimi bizim üzərimizə düşən vəzifədir. Dünya ictimaiyyəti bu problemin həllinə yönəlik işlər aparmalı, minalanmış ərazilərin təmizlənməsində və bunun nəticəsində axtarış işlərinin asanlaşması işində yardımçı olmalıdır.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və BMT-nin itkin düşmüş azərbaycanlılar üzrə məlumatlılığının artırılması, itkin düşmüş azərbaycanlıların son taleyi və məzar yerləri haqqında məlumatların Ermənistan tərəfindən Azərbaycan dövlətinə və itkin ailələrinə verilməsi üçün BMT-dən Ermənistana təsir etməyə çağırırıq.

01.06.2025-ci il tarixə olan məlumata əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təacvüzü nəticəsində 3 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Onlardan 3 984 nəfəri XX əsrin 90-cı illərində yəni, birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük ikinci Qarabağ müharibəsində itkin düşmüşlər. 3 990 nəfərdən 3 211 nəfəri hərbçi, 779 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 284 nəfəri qadın, 316 nəfəri qocadır.

Araşdırmalar təsdiq edirik, birinci Qarabağ müharibəsində 100-ə yaxın ailənin 2dən 7 dək üzvü itkin düşmüşdür.

Bu mövzuda Beynəlxalq Təşkilatların da məlumatlandırılması olduqca vacibdir.

Tehsil-press.az

Oxşar xəbərlər