
“Landpalestine” adlı sosial media hesabında paylaşılan videoda avtomobildə sakit şəkildə oturan qaradərili bir gəncin heç bir müqavimət göstərmədiyi halda, ağdərili polis əməkdaşlarının vəhşicəsinə müdaxiləsinə məruz qalması əks olunub.
Görüntülərdə gəncin arxa fonda polis işıqları altında sakit dayanması müşahidə olunur. Anidən polis maşının şüşəsini qırır, gənci zorla avtomobildən çıxarır və yerə yıxaraq fiziki güc tətbiq edir. Bütün bu zorakılıq səhnələri “This is America ” ifadəsi ilə müşayiət olunur – bu, artıq ABŞ-da sistematik şəkildə baş verən irqçi münasibətlərin simvolik ifadəsinə çevrilib.
Sosial şəbəkələrin Amerika seqmentində yayılan yeni bir video ölkədə irqçilik və polis zorakılığı mövzusunu yenidən gündəmə gətirib.
“Landpalestine” adlı sosial media hesabında paylaşılan videoda avtomobildə sakit şəkildə oturan qaradərili bir gəncin heç bir müqavimət göstərmədiyi halda, ağdərili polis əməkdaşlarının vəhşicəsinə müdaxiləsinə məruz qalması əks olunub.
Görüntülərdə gəncin arxa fonda polis işıqları altında sakit dayanması müşahidə olunur. Anidən polis maşının şüşəsini qırır, gənci zorla avtomobildən çıxarır və yerə yıxaraq fiziki güc tətbiq edir. Bütün bu zorakılıq səhnələri “This is America ” ifadəsi ilə müşayiət olunur – bu, artıq ABŞ-da sistematik şəkildə baş verən irqçi münasibətlərin simvolik ifadəsinə çevrilib.
Bu, sadəcə bir fərdin faciəsi deyil. Bu, bütöv bir sistemin və cəmiyyətin əksi olan dramatik bir səhnədir.
Tehsil-press.az